Господи! Тобой душа согрета...
Bacımın iki oğlu var: Fərid və Namiq. Fəridin 2 yaş yarım, Namiqin isə 1 yaşı var. İkisi də şirindir, ikisini də çox sevirəm. Bu gün isə bir qəribə fikir ağlıma gəldi. Fərid hələ danışmır, amma hər şeyi yaxşı başa düşür. Özü də çox mehriban, rəhmli uşaqdır. Onun üçün hələ fərgi yoxdur ki, sənin adın nədir, neçə yaşın var, nə qədər pulun var. Onun üçün indi hamı yaxşıdır, hər bir insan dostdur. Bu uşaq nifrət etməyi hələ bacarmır, heç bilmir ki, hətta millətinə görə kimsə ona nifrət edə bilər... Fərid bu ədalətsizliyi başa düşəcəkmi? Mən bunu (o anı) bir qüssəylə təsəvvür edirəm... Hələ isə onun uşaq ürəyi hamı üçün açıqdır.



Qonşu ölkədə isə Fəridin yaşıdı – Tiqran adlı balaca bir oğlan yaşayır. Artıq bu kiçik yaşından Tiqran insanları millətə görə bir-birindən fərqləndirməyə öyrədilir. Nəyinki fərqləndirməyə - adamlara nifrət etməyə öyrədilir. Tiqrana artıq indidən deyilir ki, tək onu və onun kimləri möhtərəm adlandırmaq olar, qalanlar isə ikinci növlü insanlardır. Tiqranın atası isə, Fərid, Namiq və başqa bizim ölkəmizdə yaşayan uşaqlar, onun əlinə düşsə (iraq olsun!!), onların başından dəri soymağa, əl-ayaqlarını kəsməyə hazırdır.



Fərid bu haqqsızlığı başa düşə biləcəkmi?..