Heç bilmirəm bu nə sirdi,
Baxın, görün kim nazirdi,
Millət satıldı, satıldı.
Başa keçib oğrubaşı,
Ətəyindən tökmür daşı,
Alan dəllal, satan naşı,
Millət satıldı, satıldı.
Kim xəstədi, kim həkimdi?
Bilinməyir başçı kimdi,
Bir başıboş baş hakimdi,
Millət satıldı, satıldı.
Abırlılar öz arında,
Hərrac-hərrac bazarında,
Hamı alver azarında,
Millət satıldı, satıldı.
Xıdır Alovlu
30.04.1993.
30.04.1993.