Kəsərini itiribdir sözümüz,

Alovlanmır, tüstülənir közümüz,

Dar ayaqda özümüzü özümüz,

Döyə-döyə bu günlərə qalmışıq.



Sərvətimiz eldən-elə daşınır,

Çox başçılar itiribdir başını,

Hər nadanı, hər nankoru, naşını,

Öyə-öyə bu günlərə qalmışıq.



Quran qurub kələyini, torunu,

Közərdirik sinəmizin qorunu,

Pis adamın atasının gorunu,

Söyə-söyə bu günlərə qalmışıq.



02.03.1993.

Xıdır Alovlu